​İŞİD işğal etdiyi ərazilərin 22 faizini, gəlirlərinin 40 faizdən çoxunu itirib

İŞİD terror qruplaşması son 14 ay ərzində Suriya və İraqda işğal etdiyi ərazilərin təxminən 22%-dən çox hissəsinə nəzarəti itirib.
 APA-nın məlumatına görə, bu barədə IHS analitik agentliyinin hesabatında deyilir.
 Hesabatda bildirilir ki, İŞİD bu müddət ərzində gəlirlərinin 40%-dən də məhrum olunub.
 Analitiklər bunu terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsi ilə əlaqələndiriblər.