​“İŞİD iri dövlətlər üçün sadəcə bəhanədir”

Qabil Hüseynli: “Onlar bu bəhanədən istifadə edib Suriyadakı maraqlarını təmin etmyə çalışır”
 
 
Politoloq Qabil Hüseynli Turaninfo.az Moderator.az-a istinadən açıqlamasında bəzi iri dövlətlərin İŞİD amilindən bəhanə kimi istifadə edərək Suriyadakı maraqlarını həyata keçirmyə çalışdıqlarını bildirib. Ekspertin sözlərinə görə, əslində İŞİD bəhanəsi  bir çox dövlətin işinə yarayır:
“Reallıq bundan ibarətdir ki, bəzi iri dövlətlər İŞİD-in Suriyadakı mövcudluğundan istifadə edərək bu ölkəyə müdaxilə edir, öz nüfuz və təsirlərini möhkəməndirməklə bu dövlətlə bağlı niyyətlərini həyata keçirməyə çalışırlar. İstər ABŞ, istər Rusiya, istərsə də İranın Suriya ilə bağlı siyasətində bu dəsti-xətt özünü hiss etdirir. Suriyada uzun müddətdir ki, davam edən vətəndaş müharibəsi bu dövlətlər üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar baş verənləri yalnız öz maraqları konteksindən dəyərləndirir və bu konteksdən hərəkət edirlər. Belə bir halda Türkiyənin Suriyada həyata keçirdiyi anti-İŞİD əməliyyatları terrorizmə qarşı həqiqi mübarizə baxımından xüsusilə əhəmiyyətlidir. Lakin onu da unutmaq olmaz ki, Suriyada vəziyyət olduqca mürəkkəb və həssasdır. Bu isə Türkiyədən ikiqat diqqət və ehtiyatlılıq tələb edir”.