"İŞİD-çilər İstanbuldan sonra..."

İstanbulda baş verən terror aktının bənzəri Almaniyada da həyata keçirilə bilər.
 Axar.az xəbər verir ki, bu sözləri Almaniya Daxili Kəşfiyyat İdarəsinin Konstitusiya Mühafizə Komitəsinin sədri Hans-Georq Maasen deyib.
 “İŞİD zərbə aldıqca Avropanın təhlükəsizliyi də sual altında qalır. Terrorçular bu hücumlarla sadəcə qorxutmaq deyil, eyni zamanda mövcud olduqlarını tərəfdarlarına çatdırmaq istəyirlər. Atatürk Hava Limanında baş verən hücumun bənzəri Almaniyada da həyata keçirilə bilər”, - Maasen bildirib.