İŞİD-in bombardmanının görüntüləri yayıldı - VİDEO

 
İŞİD terror qruplaşmasının döyüşçülərinə aid kolonun Rusiya hərbi aviasiyası tərəfindən məhv edilməsinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, kadrlar “Ulduz” telekanalın saytında dərc edilib.
İŞİD kolonu Deyr-ez-Zor şəhərinə hərəkət edirdi.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi aviasiya böyuk kalibrli silahlar və minaatanlarla İŞİD-in 20-dən çox avtomobili, həmçinin tanklar da daxil olmaqla zirehli texnikasını məhv edib.
 
 
Müdafiə Nazirliyindən bildirilib ki, İŞİD Rakka vilayətinin cənubundan və Xüms vilayətinin qərbindən çıxarılan döyüşçülərini Deyr-ez-Zorda cəmləməyə çalışır. Qeyd edilir ki, İŞİD-in Deyr-ez-Zorda dağıdılması beynəlxalq terror qruplaşmasının strateji məğlubiyyəti olacaq.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu bildirib ki, İŞİD döyüşçüləri tərəfindən mühasirəyə alınmış Deyr-ez-Zorda qələbə İŞİD-lə mübarizədə həlledici olacaq.

Загрузка...
Загрузка...