​İşdən kənarlaşdırılan əməkdar müəllimə məsələsi böyüyür: "Bütün məsuliyyət bu iki şəxsin üzərindədir"

Imtahandan 5 alsa da liseydən uzaqlaşdırılan N.Mehdilinin anası Dilarə Mehdiyeva nazirliyin müdaxiləsini gözləyir...
 
 
Hörmətli Moderator.az!
Bakı şəhəri Nizami rayonunda yerləşən Kimya-Biologiya Təmayüllü Respublika liseyinin müəllimi Həcər Sadıxovanın çalışdığı təhsil ocağından heç bir qanuni əsas olmadan kənarlaşdırılmasıyla bağlı dövlət başçısı İlham Əliyevə ünvanladığı müraciətində həmin məktəbin şagirdi olmuş mənim qızım N. Mehdilinin adı çəkilir--- moderator.az/news/192937.html
 
Müəllimə müraciətində bildirir: “Bir təhsil ocağı rəhbərinin işdən çıxarılmağım üçün “əsas” gətirdiyi qondarma ittihamları eşidəndə dəhşətə gəldim. 8 ay öncə I qrup üzrə hazırlaşmaq üçün sinfimdən çıxaraq sinfini dəyişən şagird Mehdili Nərminin vasitəsilə şər və böhtan ataraq məni ləkələməyə çalışırlar.”
 
Bu tamamilə absurddur. Əslində müəllimənin qızım haqqında dedikləri həqiqətdən çox uzaqdır. Çünki, liseyin 11-ci sinif şagirdi olan qızımın intihar həddinə çatdırılmasında onun da “əməyi” olmuşdur. Hazırda qızım hələ də gərginliyi tam adlaya bilməyib. Müalicə qəbul edir və ailənin tam nəzarəti altında dərsə davamiyyəttini bərpa etməyə çalışır.
 
Qaldı Həcər müəllimənin işdən azad edilməsinə, bunun ümumiyyətlə nə mənim qızıma, nə də bizim məsələmizə aidiyyatı yoxdur.
 
Bu, Təhsil Nazirliyinin "Report"un sorğusuna cavabında da təsdiqini tapıb. Nazirlikdən bildirilib ki, “Bakı şəhəri, Nizami rayonunda yerləşən Kimya-bilogiya təmayüllü respublika liseyində müəllim vəzifəsində işləyən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.”
 
Liseyin direktoru Kamran Rəhimov Həcər müəlliməni işdən azad etməklə güya məsələyə ciddi yanaşdığını imitasiya edib. Əslində isə direktor bu vəziyyətdən öz əhatəsini təmizləmək üçün məharətlə yararlanıb. Bu dərs ilindən qardaşı İmran Rəhimovu yanında işlə təmin edən direktor Kamran Rəhimov yəqin ki, Həcər müəllimənin də yerinə başqa bir yaxınını işə qəbul etməyi planlayıb və bu səbəbdən onu öz məkirinin və günahının qurbanına çevirib.
 
Əslində bizim məsələdə ən böyük günah sahibi direktor Kamran Rəhimov və onun bütün qanunsuz tapşırıqlarını tərəddüdsüz icra edən müavini Aslan Ağakişiyevdir. Liseydə cərəyan edən məsələlərdə bütün məsuliyyət bu iki şəxsin üzərindədir. Təhsil Nazirliyi bu məsələ ilə bağlı bizim nazirliyə müraciətlərimizi və KİV-dəki materiallarımızı təhlil edib məhz bu iki məsuliyyət sahibinin əməlinə qiymət verməlidir.
 
Dilarə Mehdiyeva

Загрузка...
Загрузка...