İrəvandan son Qarabağ həmləsi - Hədəf "Putinin NATOsu" - BİZİM ŞƏRH

 
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə öz namizədini təkidlə təklif edəcək".
 
Missiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Şavarş Koçaryan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir müavini deyib ki, rəsmi İrəvan təşkilatla namizlədlik barədə məsələni oktyabr sammitində razılaşdıra bilməyib.
 
"Ona görə də qərar təxirə salınıb. Növbəti iclasda bəzi suallar müzakirə ediləcək. Biz təkid edirik  və hesab edirik ki, qüvvədə olan prinsiplərə görə hərəkət edilməlidir. Bu prinsiplərə əsasən KTMT-nın yeni rəhbəri Ermənistanın təklif etdiyi namizəd olmalıdır".
 
Bundan əvvəl Ermənistanın namizədlik məsələsinə baxılmamasının səbəbi isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iclasda iştirak etməməsi olub.
 
Şavarş Koçaryan - Ermənistan xarici işlər nazirinin müavini
 
Ümumilikdə, isə Ermənistan KTMT dövlətləri arasında o qədər də nüfuz sahibi deyil. Ona görə də Koçaryan namizədliyimizi irəli sürəcəyik yox, namizədlik üçün təkid edəcəyik deyir.
 
Rəsmi İrəvanın təşkilat dövlətləri arasında nüfuzunun olmaması isə Azərbaycanla Qarabağda apardığı uğursuz "aprel müharibəsi" zamanı aydın göründü.
 
Elə həmin vaxt Koçaryanın özü İrəvanın təşkilatda nüfuzunun olmamasını etiraf etmişdi. "Biz elə etməliyik ki, müttəfiqlərimiz və KTMT–nın ölkələri öz öhdəliklərini yerinə yetirsin. KTMT və Ermənistan arasında hərbi əməkdaşlığın müxtəlif sahələrinə əlaqələr var”,-deyə XİN rəsmisi bildirib.

Təşkilata üzv olan ölkələrin rəhbərləri
 
O demişdi ki, KTMT və digər təşkilatlar Ermənistana birmənalı dəstək verə bilmir və gözlənilməz təhlükələr zamanı ilk növbədə özlərinə güvənməlidirlər. 
 
Ermənistan - Azərbaycan təmas xəttində vəziyyət gərginləşəndən sonra rəsmi İrəvan öz müttəfiqlərinin dəstəyini gözləsə də, bunu görə bilmədi. Onlar hesab edirlər ki, KTMT-na daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirdi. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.
 
Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Çünki döyüşlər ərəfəsində KTMT-nın İravanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı. Rəsmi Astana səbəb kimi isə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi.
 
Gözlənilən dəstək gəlmədiyi üçün bəzi müxalif qruplar Serj Sarkisyanın  Rusiyadan qorxuduğu üçün Avrasiya İttifaqına və KTMT-na daxil olduğunu deməyə başladılar.
 
Bir neçə gün əvvəl isə Sarkisyan mətbuata verdiyi son müsahibədə Azərbaycandan qoxduğu üçün Rusiyadan "İsgəndər" raketlərini gətirdiklərini etiraf edib.
 
 
Amma İrəvan rəhbərliyi Azərbaycan ordusunun malik olduğu silahların Ermənistanı bir neçə günə məhv edəcəyini bildiyi üçün başqa variantlara əl atır. Son variantları isə üzv dövlətlərinin etirazına baxmayaraq, KTMT təşkilatının rəhbərliyini ələ keçirməkdir.
 
Bəzi hallarda "Putin NATO" -su adlandırılan təşkilatda Rusiyanın nüfuzu hamıya məlumdur.
 
Ermənistan və Rusiyanın münasibətləri isə yüksək səviyyədədir. Amma Koçaryanın "təkid edəcəyik" açıqlamasından belə görünür ki, Rusiyada Ermənistanın təşkilata rəhbərlik etməsini istəmir. Birincisi, Rusiya bilir ki, müasir silahlara malik olan böyük bir hərbi blokun idarəçiliyini cinayətkar Sarkisyan rejiminin əlinə vermək ən azından ağılsızlıqdır. Hərbi bloka daxli olan ölkələrin hər biri Ermənistanı işğalçı dövlət kimi tanıyır. İkincisi, isə blok üzvləri yaxın dostları Azərbaycanla münaqişə vəziyyətində olan bir ölkənin təşkilata rəhbərliyik etməsinə qarşı çıxırlar.  
 
Amma Ermənistanın öz məqsədləri var. İrəvan Rusiyadan hədiyyə raketlər gətirib, Azərbaycanı qorxudmağa cəhd etdi. Azərbaycan isə Ermənistana 60 min nəfərlik hərbi təlimlə və İsraildən alacağı "Dəmir gümbəz" raketdən müdafiə sistemi ilə cavab verdi.
 
Bununla da Ermənistanın qorxusu daha da artdı. Ona görə də İrəvan təkidlə KTMT-ya rəhbərlik etmək istəyir. Sarkisyan rejimi öz aləmində bu hərbi bloku Azərbaycana qarşı bir təzyiq kimi istifadə etmək niyyətindədir.
 
Həmçinin Ermənistan Qarabağ münaqişəsi ətrafında aktiv hərbi əməliyyatlar başlayacağı halda rəhbəri olacağı təşkilatın imkanlarından istifadə edəcəyinə ümid edir.  Amma İrəvan rəhbərliyi unudur ki, təşkilatdakı dost ölkələr Azərbaycan əsgərinə güllə atmaz. Fakt həm də odur ki, KTMT-ya üz olan ölkələrin prezidentləri üçün Azərbaycanın dövlət başçısının məsələlərə dair mövqeyi daha önəmlidir. Ötən müddət ərzində Sarkisyanın özü də bunun dəfələrlə şahidi olub.