İrəvanda toqquşma: Atışma gedir - Canlı yayım

 
 
İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb.
 
Axar.az xəbər verir ki, ərazidə atışmaların baş verdiyi bildirilib.
 
Nümayişçilər polis əməkdaşlarına daş atırlar.
 
Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.