İrəvanda küçə döyüşlərində 4 nəfər ölüb

 
 
İrəvanda küçə döyüşləri zamanı bir gündə 4 nəfər ölüb.
 
Məlumatı Cəbhə.info-ya BDU-nun Tarix fakültəsinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdiyev deyib.
 
O qeyd edib ki, Yerevanda gənclər arasında atışmalar və zorakılıq halları getdikcə artmaqdadır:
 
“Ən çoxu da oliqarx övladları. Ermənilər azlıqda olanda yaltaqlanırlar, çoxluqda olanda başqalarına əziyyət verirlər, ayrıca yaşadıqda bir-birini “yeyirlər”. Təkcə noyabrın 13-ə olan məlumata görə, restoranda 2 qrup arasında baş vermiş atışma nəticəsində iki nəfər gənc ölüb, 1 nəfər isə ağır yaralanıb. Mərkəzi meydan yaxınlığında sözləri düz gəlməyən 2 gəncdən biri o birini döyərək öldürüb. Həmçinin mərkəzdə yerləşən saunalardan birinin sahibi idmançı gənc tərəfindən işgəncə ilə döyülərək öldürülüb”.