​İrəvanda erməni toyuna gedən Nazilə danışdı - "Mən vətənpərvər qızam"

 
Ermənistana həmkarınının toyuna getdiyi üçün qınaq obyektinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyeva missiya.az-a geniş müsahibə verib
 
Politika.Az müsahibəni təqdim edir:
 
- Ermənistana toya getməyinizə görə azərbaycan mediasında tənqid olundunuz. Buna münasibətiniz necədir?
 
- Mənə çox pis təsir etdi. Mən vətənpərvər qızam. Həmişə Azərbaycanı dəstəkləmişəm. Sosial şəbəkədə də paylaşımlar edirəm. Bunu heç kim görmür, amma bir dəfə Ermənistana gedən kimi, “millətin düşməni” oldum.
 
- Siz İrəvana tez-tez gedirsiniz? Orada necə qarşılandınız?
 
- Orada ilk dəfə idim. Normal qarşıladılar.
 
- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusuz?
 
- 3 il əvvəl.
 
- Ermənistana getməyinizi ailəniz necə qarşılayıb?
 
- Mənim ailəm çox adekvatdır.
 
- Sizin qohumlarızdan Qarabağ müharibəsində iştirak edən olub?
 
- Bəli, olub.
 
- Onların reaksiyası necə olub?
 
- Normal. İki tərəfin də anaları müharibədə oğullarını itirib. Qohumlarım mənə qarşı çıxmayıblar. Onlar buna pis baxmırlar.
 
- Evdə hansı dildə danışırsınız?
 
- Həm Azərbaycan, həm də rus.
 
- Əslən haralısınız?
 
- Valideyinlərim gürcüstandandır. Qardobani və Rustavi. Mənim ailəmdə hamı azərbaycanlıdır.
 
- Rusiya vətandaşlığını qəbul etmisiniz?
 
- Bəli.
 
- Siz erməni stilist Qoar Avetisyan ilə nə vaxtdan işləyirsiniz?
 
- Artıq 4 ildir onunla işləyirəm. Əvvəl heç kimlə işləməmişəm.
 
- Siz gələcəkdə erməniyə ərə gedə bilərsiniz?
 
- Xeyr, heç vaxt erməniyə ərə getmərəm. Başqa bir millətin nümayəndəsi ilə ailə həyatı qura bilmərəm.
 
- Azərbaycan şou-biznesində məşhurlardan tanışınız var? Ümumiyyətlə, kimə qulaq asırsınız?
 
- Mahnılarımız xoşuma gəlir. İnstaqram səhifəmdə hərdən paylaşıram. Özüm oxuyuram.
 
- Daha çox Üzeyir Mehdizadədən paylaşırsınız.
 
- Bəli. Üzeyir yaxşı oxuyur.
 
- Əlavə etmək istədiyiniz nə isə varmı?
 
- İstəyirəm ki, sülh olsun. Müharibəsiz dünyada yaşıyaq. Qarabağ müharibəsində dünyasını dəyişmiş insanlara Allah rəhmət etsin, oğullarını itirmiş anaların başı sağ olsun.