İrəvanda Azərbaycan məscidində farsların Aşura mərasimi – Foto/Video

 
Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri tarixi Azərbaycan şəhəri İrəvanda hər il olduğu kimi bu il də keçirilib.
 
Teleqraf.com xəbər verir ki, İmam Hüseyn əzadarlığı azərbaycanlılara məxsus və 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məsciddə baş tutub.
 
Qeyd edək ki, farsların Məscid-i Kabud adlandırdıqları Göy məscid Azərbaycan memarlıq nümunələrindən biri olmaqla İrəvandakı 8 məscid arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi idi.
 
Məscid 1995-2006-cı ildə İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Məsciddə əzadarlıq edənlərin də Ermənistandakı yaşayıb işləyən İran vətəndaşları olduqları güman edilir.

Загрузка...
Загрузка...