​İrəvan bizi total savaşa vadar edir – Fəlakət ssenarisi

 
İşğal davam edir, işğalçı geri addım atmır, üstəlik, böyük dövlətlər Ermənistana deyil, işğala məruz qalana təzyiq edirlər.
 
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O, ermənilərin hələ də ağıllanmadığını  deyib:
 
“Ermənistanla lokal deyil, total müharibəyə hazırlaşmalıyıq. Total müharibə yalnız Dağlıq Qarabağ və onun ətrafında cərəyan etməyəcək, müharibəni Ermənistanın daxilinə inikas etdirmək məcburiyyətində qalacağıq. Əlbəttə, bu zaman Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa, Naxçıvanın zəmanətçisi kimi prosesə Türkiyə də qoşulmalı olacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, bizə qarşı “İsgəndər” raketlərindən istifadə edilərsə, bunu cavabsız qoymayacağıq. Belə olan halda Rusiya-Türkiyə yaxınlaşmasının da bir anlamı qalmayacaq. Əlbəttə, bu fəlakət ssenarisidir. Ancaq məgər Azərbaycanın torpaqlarının işğalının davamı fəlakət deyilmi? İşğal davam edir, işğalçı geri addım atmır, üstəlik, böyük dövlətlər Ermənistana deyil, işğala məruz qalana təzyiq edirlər”.