“İraqla sərhəddə hərbi gücümüzü artıracayıq” — Ərdoğan

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqla sərhəddə türk hərbi kontingentini artırmaq niyyətində olduqlarını bildirib.
 
Bu barədə Ərdoğan Ankarada Respublika Günü münasibətilə təşkil olunan ziyafətdə jurnalistlərə açıqlamasında deyib.
 
“Biz Silopi rayonunda (İraq sərhədində-red) qoşunları gücləndirəcəyik”,- deyə prezident söyləyib.
 
Onun sözlərinə görə, şiə qoşunları türkmənlərin üstünlük təşkil etdiyi Tel-Afər şəhərində terror törətməyə çalışsalar Türkiyənin buna cavabı kəskin olacaq. Ərdoğan əlavə edib ki, hələlik onda şiə qoşununun sözügedən şəhərə daxil olmaq niyyətində olması ilə bağlı məlumat yoxdur.