İraqın baş naziri İŞİD-ə qarşı üç il davam edən müharibənin sona çatdığını elan etdi

Baxış sayı: 
140

 
İraqın baş naziri Heydər Əl-Abadi şənbə günü elan edib ki, İslam Dövlətinin İraqdan çıxarılması məqsədilə üç il davam edən müharibə uğurla tamamlanmışdır.
 
“Bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm.” Bu sözləri Əl-Abadi İraq jurnalistləri üçün Bağdadda təşkil olunmuş mətbuat konfransında deyib.
 
İslam Dövləti döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini ələ keçirmiş və bununla İraq dövlətinin gələcək mövcudluğunu sual altına qoymuşdular. Son üç ildən artıq bir zaman ərzində ABŞ tərəfindən dəstəklənən koalisiyanın yardımı ilə İraq qüvvələri əraziləri geri qaytarmağa nail oldu.
 
Buna baxmayaraq, militant qrup yenidən İraq ərazisində üsyançı hücumlar keçirmək gücündədir. Noyabr ayında militantlar Suriya sərhədi yaxınlığında yerləşən Rəva şəhərini yenidən ələ keçirməyə müvəffəq olmuşdular.
 
İraq bundan sonra diqqətini ölkənin döyüşlər nəticəsində məhv edilmiş ərazilərinin yenidən qurulmasına və 3 milyona yaxın məcburi köçkünə yardıma göstərilməsinə yönəldəcək.

Загрузка...
Загрузка...