İraqda İŞİD liderindən biri öldürülüb

İraqda İŞİD liderindən biri olan Süleyman Şəbib əl-Caburi öldürülüb.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, hadisə Mosul şəhərində ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatı zamanı baş verib.
S. Əl-Cəburi ilə yanaşı onun iki köməkçisinin də öldürüldüyü bildirilir.