İraqda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 40 nəfər yaralanıb

İraqın şərqindəki Baakuba şəhərində avtomobil partlayıb.
Turaninfo.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 40 nəfər yaralanıb.
İlkin ehtimala əsasən, terrorçu-kamikadze maşındakı partlayıcı qurğunu işə salıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.