İraqda 4 kənd azad edildi

İraq ordusu Mosul və ətraf ərazilərdə olan İŞİD qüvvələrinə qarşı "Fəth Əməliyyatı" adı ilə başlatdığı əməliyyatda 4 kəndi terrorçulardan azad edib.
Turaninfo.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,  İraqda birgə əməliyyatlar komandanlığı tərəfindən verilən açıqlamada  Mosula doğru irəliləyən silahlı qüvvələrin 4 kəndi (Əl Nasir, Qaladı, Kızile, Khrberdan) azad etdikləri bəyan edilib.
Həmçinin 2 bomba yüklü maşının yox edildiyi bildirilib.
Əməliyyatlara Nineva əməliyyatlar komandanlığı ilə yanaşı Haşdi Dabağı güclərinin də iştirak etdiyi bildirilir.