​İraq və Türkiyənin birgə hərbi əməliyyat planı masada: BAŞLAYIR

 
 
Türkiyə və İraq arasındakı sərhəd-keçid qapısı olan Haburun alternativi üçün hərbi əməliyyat keçiriləcək.
 
Cebhe.info xəbər verir ki, hazırda kürd peşmərgələrinin nəzarəti altında olan Xəlil İbrahim gömrük qapısına nəzarəti ələ almaq üçün əməliyyat planı müzakirə edilir. Kürd Muxtariyyatında müstəqillik referendumunun ardınca Türkiyə tərəfdən bağlanan Habur sərhəd qapısının açılmayacağı bəyan edilib.
 
Habura alternativ qapı açılması müzakirə edilərkən, Ovaköy və İraqın cənubuna doğru Təlafər-Mosul, ardınca Bağdad-Basra xəttinin gündəmdə olduğu deyilir.
 
İlk növbədə isə Haburun qarşısında peşmərgənin nəzarətindəki Xəlil İbrahim gömrük qapısını iki ökənin birgə hərbi əməliyyatilə almaq nəzərdə tutulur. Mərkəzi İraq hökuməti sözügedən sərhəd qapısının nəzarətinin verilməsini tələb etsə də, Bərzani buna rədd cavabı verib.
Buna görə də son tədbir kimi hərbi əməliyyat planı hazırlanır.
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...