İraq Türkmən Cəbhəsinin başqanı azərbaycanlı deputata zəng etdi

 
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında İraqın Kərkük, Mosul və Təlafər bölgələrində yaşayan türkmənlərin İŞİD terror təşkilatının təhdidi altında qaldığını gündəmə gətirib.
 
Teleqraf.com xəbər verir ki, Q.Paşayeva deyib ki, bu yaxınlarda İraq Türkmən Cəbhəsinin başqanı Ərşad Salehi ona telefon açıb:
 
“Telefon danışığı zamanı Ərşad Salehi türkmənlərin başına gətirilən müsibətlərdən danışdı və Azərbaycandan dəstək istədi. İnanıram ki, biz türkmən qardaş və bacılarımızın səsini duyacaq və gücümüz çatdığı qədər onların yanında olacağıq”.