İraq: “Türk əsgərinin Mosula girməsini istəmirik”

 
Türkiyənin Mosulda hansısa əməliyyat keçirməsinə qarşıyıq.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın Türkiyədəki səfiri Hişam Ələvi söyləyib.
 
Onun sözlərinə görə, Bağdad xarici ölkələrdən istənilən dəstəyi almağa hazırdır, amma İŞİD-ə qarşı əməliyyyata heç kimi buraxmaq niyyətində deyil. O, həmçinin Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara da qarşı olduğunu bildirib:
 
“Bizim İraqdakı təcrübəmiz göstərir ki, bir ölkəyə xaricdən hərbi müdaxilə lazımsız nəticələrə səbəb olur. Biz bunu 1991 və 2003-cü illərdə açıq şəkildə gördük. Rəsmi Bağdad Suriyaya xarici müdaxilənin heç kimin xeyrinə olmayacağını çoxdan söyləyir”.