İraq səfirindən Türkiyəyə təhdid: “Geri çəkilməsəniz...”

 
Türkiyə suverenen haqlarımıza hörmət etməlidir. Əks halda, bizim münasibətimiz fərqli olacaq.
 
Axar.az xəbər verir ki, bunu İraqın Türkiyədəki səfiri Hişam Əli Əkbər deyib.
 
Səfir qeyd edib ki, türk ordusunun Başikada yerləşdirilməsi qeyri-qanunidir:
 
“Türkiyə PKK və İŞİD-i bəhanə edərək, bölgədə mövcudluğunu saxlamaq istəyir. Lakin bu, səbəb deyil. Rəsmi Ankara Mosul valiliyi və Kürdüstan muxtariyyəti ilə razılaşdığını desə də, sözügedən məqam bizim üçün keçərli deyil”.