İraq parlamentinə hücum edildi: yaralananlar var

 İraq lideri Muqtəda əs-Sədrin bir qrup tərəfdaşları Bağdadda parlament binasının "yaşıl zonasına" daxil olub və deputatları mühasirəyə alıb.
Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.
Deputatlar ehtiyat çıxışdan qaçmağa məcbur olub, çünki etirazçılar qapıları təcrid edib. Parlament qarşısında təhlükəsizlik orqanları əməkdaşlarının növbətçiliyi gücləndirilib. İraq parlamentinin bəzi deputatları nümayişçilərin hücumu nəticəsində xəsarət alıb.
"Bəzi deputatların vəziyyəti ağırdır", - deputat Taləl əz-Zaubai bildirib.