İraq ordusu yenidən hücuma keçdi: İŞİD Mosulu itirir

İraq ordusu fasilə verdiyi Mosul əməliyyatına yenidən başlayıb.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, İŞİD mövqeləri uzaqmənzilli "Qrad" raketləri ilə hədəf alınıb.
 İraq ordusunun generalı Latim Həşiminin sözlərinə görə, dünən gecədən etibarən İŞİD döyüşçüləri hücuma keçib və xeyli itki verib:
 “İraq əsgərləri Mahmur cəbhəsinin cənubundakı qəsəbləri nəzarət altına almağı bacardı. İŞİD hücum etməsinə baxmayaraq, geri çəkilir. Terrorçular qəsəbələri bir-bir itirir. Dünən İŞİD-çilərin xeyli hissəsi məhv edildi. Hazırda cəbhədə qızğın döyüşlər gedir. ABŞ başçılığındakı koalisiya və peşmərgə qüvvələri də bizə dəstək verir”.