​İraq ordusu 2 neft mədənini Bərzaninin əlindən aldı - RƏSMİ...

 
 
Yaxın saatlarda İraq ordusu Kərkük əyalətində Məsud Bərzaninin  rəhbərlik etdiyi “Kürdüstan muxtariyyəti”nin əlində olan ən azı iki neft mədəni və bir hərbi baza üzərində nəzarəti ələ keçirib.
 
Moderator.az-ın rus versiyası yazır ki, “RİA Novosti” bu haqda İraq hərbi komandanlığına istinadla xəbər yayıb. Hərbçilərin verdiyi məlumata görə, bu dəqiqələrdə konkret olaraq “K-1” bazası,  Baba Gurgur və “Bəy Hasan” neft mədənləri, eləcə də Kərkükün suvarma sistemi onların nəzarətindədir.
 
Sultan Laçın

Загрузка...
Загрузка...