İraq “Kürdüstan”ında Makedoniyalı İsgəndərin itmiş şəhəri tapıldı?- Fotolar

Baxış sayı: 
228
0  
0  

İngilis arxeoloqların “Kürdüstan”da tapdığı şəhərin adı da kürd dilində qoyulub...
 
 
İraqda eramızdan öncə Makedoniyalı İsgəndərin salmış olduğu iddia edilən şəhərin qalıqları taşkar edildi.
 
Moderator.az yazır ki, bu haqda sentyabrın 25-də Britaniyanın “The İndependent” nəşri xəbər yayıb. Xəbərdə  sehrlənmiş sayılan bu şəhərin 2000 ildən çox vaxt ərzində itmiş hesab edildiyi vurğulanır.  Kürdcə “Qalatga Darband” adlandırılmış mifik şəhər MKİ-nin 1960-cı illərdə apardığı şpion çəkilişləri sayəsində tapılıb.  Həmin çəkilişləri öyrənən iraqlı və britaniyalı arxeoloqlar “İraq Kürdüstan”ındakı yaşayış məntəqələrindən birinin yaxınlığında qədim divar qalıqları aşkar ediblər.
 
Alimlərin fikrincə,  şəhər eramızdan öncə Şimali İraqda Süleymaniyyə əyalətindəki Raniya şəhərindən 10 km cənub-şərqdə yerləşib.  İsgəndərin şəhəri e.ə. 331-ci ildə tikdirdiyi və özünün  3 minə yaxın təbəəsi ilə orada yaşadığı hesab edilir. Qədim yaşayış məntəqəsi Makedoniyalı İsgəndərin III Daraya qarşı yürüşünün marşrutu üzərində tikilib.
 
P.S. Maraqlıdır ki, şəhərin şərti adı kürd dilində qoyulub:  guya “Qalatga Darband” bu dildə”dağ aşırımının qalası” deməkdir. Halbuki, “Dərbənd” sözünün türkcə “dar”sözü  və farsca “bənd” sözlərinin birləşməsindən əmələ gəldiyi məlumdur: yəni “dar  keçid”. Görünür, şəhərin “İraq Kürdüstanı” adlanan ərazidə yerləşməsi belə adlanmasına səbəb olub. Və bu tapıntı barədə informasiyanın ingilis nəşrlərində məhz “Kürdüstan” referendumu günündə yayılması da siyasi məqsəd daşıyır...

Загрузка...
Загрузка...