İraq Kərkükdəki heç bir neft mədənini nəzarətə götürməyib - RƏSMİ...

 
 
İraqın tarixən Azərbaycan soylu türkmanların yurdu olan Kərkük əyalətinin Təhlükəsizlik İdarəsinin rəhbəri bəyan edib ki, hökumət hərbçiləri regiondakı əməliyyatlar nəticəsində hələ də heç bir neft mədənini nəzarətə ala bilməyiblər.
 
Moderator.az-ın rus versiyası yazır ki, bu haqda “Sky News Arabia” nəşri məlumat yayıb. Bununla belə, İraq qoşunlarının neft yataqlarının yerləşdiyi rayonlara istiqamət aldığı bildirilir.
 
Xatırladaq ki, bir müddət öncə İraq baş naziri Heydar əl-Əbadi orduya Kərkük əyalətində sabitliyi bərpa etmək əmri verib.
 
Sultan Laçın

Загрузка...
Загрузка...