​İraq Bərzaninin əsas qüvvəsinin izinə düşdü: “Onlar bizim nəzarətimiz altında olacaq”

İraqın baş naziri və Silahlı Qüvvələr Komandiri Heydər Əl İbadi ordusunun peşmərgə ilə apardığı mübarizələrlə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, peşmərgə qüvvələrinin İraq ordusunun nəzarəti altında olmasınının zərurət olduğunu deyib. Həmçinin, bu mübarizənin sadəcə bir konstitusion vəzifə olduğunu bildirib:
“Federal hökumətin təsirini təmin etmək üçün konstitusiyamızın diqtə etdiyi vəzifələr yerinə yetirildi. Bu əməliyyatlar Kərkükün milli ehtiyatlarını qorumaq üçün aparıldı”.
İbadi dövlət televiziyasına verdiyi açıqlamada Kərkükə Rakan Əl Cbourrini qubernator təyin etdiyini bildirib. O, Kərkük xalqından təhlükəsizlik qüvvələri ilə işbirliyi içində olmalarını istəyib:
“Vəzifəm konsitutsiyaya görə xalqa xidmət etmək və parçalanma riskinə məruz qalan ölkənin birliyini qorumaqdır. Kürd Muxtariyyətindəkilərdən referendumdan vaz keçmələrini və İŞİD-lə mübarizəyə diqqət göstərmələrini istədik. Ancaq onlar şəxsi və partiya mənfəətlərini xalqın mənfəətindən üstün tutdular”.
Zümrüd

Загрузка...
Загрузка...