​ ​İraq 20 minlik qüvvə ilə Fəlluca şəhəri uğrunda döyüşə hazırlaşır

İraq hökuməti Əl-Fəlluca şəhəri yaxınlığına İŞİD terror qruplaşması ilə döyüşə girmək üçün 20 minə yaxın polis cəm edib.
"Report" xəbər verir ki, bu barədə İraqın federal polis rəhbərinə istinadən yerli "Əs-Sumariyə" telekanalı məlumat yayıb.
İŞİD Bağdadın qərbində yerləşən Əl-Fəlluca şəhərini 2014-cü ildən əsarəti altında saxlayır.
Əhaliyə şəhəri tərk etmək xəbərdarlığı edilib.
Bunu edə bilməyənlərdən terrorçuların bazalarından uzaq olmaq və qapılarından ağ bayraq asmaq tövsiyə olunub.