​İranlı nazir Azərbaycan xalqından üzr istədi

 
İranın yol və şəhərsalma naziri Abbas Axundi dörd gün əvvəl Simnan əyalətində iki sərnişin qatarının toqqoşması ilə bağlı jurnalistlər qarşısına çıxaraq, xalqa müraciət edib.
 
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, müraciətdə deyilir: “Təbriz-Məşhəd qatarında baş vermiş hadisə hər birimizə təsir edib. Bu hadisə nəticəsində yaxınlarını itirən hər kəsə başsağlığı verir, bu olaydan təəssüfləndiyimi bildirirəm.
 
Baş vermiş bu hadisə mənim nəzarətimdə olan sahəyə aid olduğuna görə hadisə nəticəsində öz yaxınlarını itirmiş azərbaycanlılardan, o cümlədən də Təbriz, Üskü, Azərşəhr, Mərənd, Marağa və Xoy şəhərlərinin əhalisindən üzr istəyirəm”.
 
Qeyd edək ki, hadisə zamanı ən azı 48 nəfər həlak olub, 90-dan artıq adam yaralanıb.