İranlı hakerlər ABŞ-a hücuma keçib

Amerika rəsmiləri və özəl təhlükəsizlik şirkətləri İran tərəfindən mürəkkəb kompüter casusluğu dalğasını müşahidə edirlər.
 Bunun təzahürlərindən biri ABŞ Dövlət Departamenti rəsmilərinə qarşı edilən silsilə kiberhücumlardır.
 İndi Amerika rəsmiləri belə nəticəyə gəliblər ki, İranda bəzi mühafizəkarlar üçün kibercasusluq ölkənin nüvə proqramı vasitəsilə əldə edə biləcəyi (lakin Qərblə razılaşmadan sonra əldə edə bilmədiyi) nüfuzu kompensasiya etmək üçün alətə çevrilməkdədir. Üstəlik bu üsul hər hansı hərbi cavab tədbirinə rəvac vermədən ABŞ-a hücum etmək imkanı verir.
ABŞ rəsmiləri hər hansı kiberbacarıqların, hətta ən qabaqcıl kibersilahların nə vaxtsa o dərəcədə böyük gücə çevriləcəyinə inanmasalar da, bu günlərdə İranın bu sahəyə diqqəti nəzərəçarpacaq dərəcədə artıb.