İranın məşhur generalı PKK lideri ilə görüşdü

 
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymani PKK lideri Cəmil Bayıkla görüşüb.
 
Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasına (KDP) yaxın “Basnyus” saytı məlumat yayıb.
 
İraqın Süleymaniyə şəhərində baş tutan görüşdə Süleymani Bayıkdan Sincardakı PKK silahlılarının Mosul əməliyyatında iştirak etməsini istəyib. İran generalı PKK-ya hər cür dəstək göstəriləcəyini də vəd edib.
 
Qeyd edək ki, İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, KDP millət vəkili Şahəvan Abdullah PKK-nın Mosula gələcəyi halda koalisya qüvvələrinin hədəfinə çevriləcəyini deyib. Onun sözlərinə görə, koalisiya təkcə PKK-nı yox, şiə Haşdi Şabi qüvvələrini də hədəfə alacaq:
 
“Bir neçə gün öncə İranın hərbi mütəxəssisləri 20 avtomobillə Mosul ətrafındakı qərargahlara baş çəkib. Burada onlar Haşdi Şabi komandirləri ilə görüşüblər. İranın öz maraqlarına görə və Türkiyə əleyhinə PKK-dan istifadə etdiyi bir faktdır. PKK-nın Haşdi Şabidən maddi dəstək aldığını sübut edən dəlillər var”.