İrandan Türkiyəyə: “Yanınızdayıq”

İranın xarici işlər naziri Cavad Zərif Türkiyə səfəri zamanı həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Turaninfo.az  xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən iranlı nazir, Taksim meydanı yaxınlığında törədilən partlayışa münasibət bildirib:
“Bu gün gözəl şəhər İstanbulda yaşanan qorxunc hadisə terrorun çirkin üzünü bir daha göstərmiş oldu. Türkiyə dövlətinə və millətinə başsağlığı diləyirəm. Terror hadisələrini lənətləyir, Allahdan ölənlərə rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirəm. İran dövləti adından dost və qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirəm”.