İrandan Türkiyəyə pis xəbər: Dayandırıldı

 
İrandan Türkiyəyə nəql olunan elektrik enerjisi noyabrın 4-dən etibarən kəsilib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyə televiziyaları İranın Energetika Nazirliyinə istinadla məlumat yayıblar.
 
Bildirilir ki, İranın qonşu ölkəsinə ixrac etdiyi elektrik enerjisi nəqlində yaranan fasilə Türkiyə tərəfinin aidiyyəti üzrə 200 milyon ABŞ dolları məbləğində borcu ilə bağlıdır.