İrandan Ərdoğana böhtan - Şok ittiham

 
Ərdoğan İŞİD-lə iş birliyinə girib.
 
Axar.az xəbər verir ki, bunu öz İnstaqram səhifəsində İran Siyasi Məşvərət Şurasının katibi Möhsün Rzai yazıb.
 
“Cənab Ərdoğan, yeni bir Kərbəlanın təkrarlanmasını istəmədiyinizi söylədiniz. Ancaq İŞİD-in İraq və Suriya, Səudiyyə Ərəbistanının isə Yəməndə etdikləri Kərbəlanın təkrarı deyilmi? Siz məsum insanların qətliamının qarşısını almaq üçün heç bir şey etmədiyiniz kimi, Ərəbistan və İsrailin bic övladı olan İŞİD-lə iş birliyinə girdiniz”, - Rzai bildirib.
 
Qeyd edək ki, Möhsün Rzai 1981-1997-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri olub. 2006-cı ildə Argentina onu 1994-cü ildə yəhudi mədəniyyət mərkəzində baş verən teraktın əsas iştirakçısı olmaqda təqsirləndirərək İnterpolun axtarışına verib.