İrandan Qarabağ bəyanatı: "Narahatıq"

İran XİN-nin xüsusi nümayəndəsi Hüseyn Cabir Ənsari Qarabağ münaqişəsinin gəriginləşməsi ilə bağlı rəsmi Tehranın dərin narahatlıq keçirdiyini bildirib.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, iranlı diplomat Azərbaycan və ermənistanın dərhal hərbi əməliyyatları dayandırmağa, münaqişənin sülh yolu ilə tənzimlənməsinə çağırıb.
“Biz Azərbaycan və Ermənistanı toqquşmaları dərhal dayandırmağa və BMT-nin Təhlükəsizlik Şurası və sülh dəstəkləyən təşkilatlar vasitəsilə sülhün nizamlanması prosesinə qayıtmaq üçün əldə olan bütün vasitələrdən istifadə etməyə çağırırıq” – Ənsari belə deyib.
İran XİN-i şimal qonşularına vəziyyəti gərginləşdirə biləcək hər hansı addımlardan çəkinməyə çağırıb.