İranda terror aktının qarşısı alınıb

İranın qərbində keçirməsi planlaşdırılan terror aktının qarşısı alınıb.
Turaninfo.az Fars agentliyinə istinadən verdiyili məlumata görə, bunu bazar günü İranın kəşfiyyat naziri Mahmud Alavi bildirib.
Onun sözlərinə görə, özünü partlatmağı planlaşdıran terrorçu saxlanılıb.
Nazir, detallar bildirmədən, qeyd edib ki, bu terror aktının təşkili arxasında "regionun müəyyən ölkələri" durur.