İranda Novruz tətilində yol qəzaları zamanı 252 nəfər ölüb

İranda Novruz tətili günlərində avtomobil qəzaları zamanı ölənlərin sayı artıb.
 Turaninfo.az APA-nın Tehran bürosunun məlumatına istinadən  bayram başladığı gündən indiyədək yollarda 5500 avtomobil qəzası baş verib, nəticədə 252 nəfər ölüb.
 Avtomobil qəzalarına əsas səbəb kimi yağan yağışlar nəticəsində yolların sürüşkən olması göstərilir. Yolların sürüşkən olması üzündən qəzaların 25 faizi avtomobillərin aşması ilə nəticələnib.
 Qeyd edək ki, İranda Novruz bayramı tətilinin bitməsinə 6 gün qalıb. Yağışlı hava davam etdiyi etdiyi üçün ekspertlər avtomobil qəzalarında ölənlərin sayının artacağını ehtimal edirlər.
 Xatırladaq ki, ötən il İranda Novruz bayramı tətilində 968 nəfər həyatını itirib.