İranda narkotik qaçaqmalçısı polis bölməsində 3 polisi öldürüb

İranda narkotik qaçaqmalçısı polislərə atəş açıb.
 Turaninfo.az APA-nın Tehran bürosunun məlumatına istinadən, hadisə İranın Fars əyalətinin Kazerun şəhərində baş verib. Narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə saxlanılan və 11 saylı polis bölməsinə gətirilən şəxs istintaq zamanı polisin silahını ələ keçirib və atəş açıb.
 Onun açdığı atəş nəticəsində 3 polis həlak olub bir nəfər yaralanıb. Atışma zamanı həmin şəxs də yaralanıb və zərərsizləşdirilib.