İranda bir qrup türk vəkil terror aktlarını qınayan bəyanat yayıb

İranda türklərdən ibarət olan bir qrup vəkil Ankara, İstanbul, Brüssel, Bağdad, Lahor və s. kimi şəhərlərdə baş verən terror aktları ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir: “Hər kəs, başqa birisini öldürməyən və günahsız bir insanı qətlə yetirərsə, bütün insanları öldürmüş kimi olur. Və hər kəs başqa birisini ölümdən qurtararsa, bütün insanların həyatını qurtarmış olur (Maidə surəsinin 32-ci ayəsi).
Terror bəlası tarix boyu çox sayda günahsız insanın həyatına son qoyub və bir çox hüquq və təməl azadlıqları aradan qaldırmaq üçün bir hücum vasitəsi olub. Bundan başqa terror müxtəlif ölkələrin təhlükəsizliyi və onların ərazi bütövlüyü üçün bir təhdid olub. Hal-hazırda Yaxın Şərq ölkələri və hətta Avropa ölkələrində bir çox insan terror bəlasının qurbanı olub və olmaqdadır. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib və dünya üzrə barış və təhlükəsizliyi təhdid edir. Son vaxtlar "Kürdistan özgürlük şahinləri" (PKK terror qruplaşmasına bağlıdır), İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahoredə terror aktları törədərək çox sayda günahsız insanın ölümünə səbəb oldular. Biz İranda bir qrup türk vəkil, terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq elan edirik: Müxtəlif millətlər, xüsusi ilə də Yaxın Şərq millətləri ilə yanaşı digər dövlətlər və beynəlxalq təşkilatlar da terrorizmə qarşı mübarizə aparıb və bunun kökünü qurutmağa çalışmalıdılar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorçuların qarşısında səssiz qalmağı, onlara haq qazandırmağı və bu zəmində ikili standard yanaşmasını həm insani və həm də hüquqi baximdan qəbul etmirik, bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq.
Bəyanatı türk vəkillər Mehdi Cəfərzadə, Cəfər Əfşarniya, Raziyə Sərdari, Cavanşir Tağızadə, Saleh Heydri, Əhməd Sarimi, Nasir Şıxzadə, Əli Əfrasyabi, Əmirəli Bəxşi, Həmid Valayi, Rəsul Məhərrəmi, Fatimə Səttari, Məhəmməd Xacəvi, Uumudəli Əmani, Məhəmməd Əli Əzizi, Səid Nurpur, Məsumə Qasimi, Dilcəvan Baqiri, Rza Azəri Sufyani, Əkrəm Əkbərzadə, İhsan Ərjənk, Səccad İslami, Mehdi Aslani, Solmaz Mehriban, Bəhram Sultani, Əhəd Niknam, Səməd Aləmi, Hamid Nüsrəti, Mənuçehr Süleymani, Nazila Nəcəfi, Səid Hüsenpur, Behzad Nəbati, Qasım Bodi, Fatimə Cəmalpur, Həsən Cəfərpur, Cahangir Əsədi,
Sanaz Sadiqi, Bijən Nəsrullahi, Mehdi Cəlili, Əlirza İsmayılpur, Seyyid Səid Səidi, Məhəmməd Sadiqi, Abbas İntizari, Bəhmən Məhəmmədi imzalayıb.