​İranda 400 bank əməkdaşı yüksək maaş aldığına görə hakim qarşısına çıxacaq.

 
“Qafqazinfo” xəbər verir ki, bu barədə  “Frans Press” agentliyi məlumat yayıb.
 
İran Audit Məhkəməsinin hesabatına görə, ölkədə orta əmək haqqı 400 dollar olduğu halda bəzi hökumət banklarının rəhbərləri təxminən 20 min dollar qazanır.
 
İran Parlamentinin sədri Əli Laricani sözügedən məsələ ilə bağlı açıqlama verib.
 
 “Ümid edirəm ki, hesabat fundamental reformların əsası olacaq və ayrı-ayrı insanlar vəzifələrindən şəxsi maraqları üçün istifadə edə bilməyəcəklər".
 
Onun sözlərinə görə, artıq dövlət büdcəsinə 50 milyard rial qaytarılıb.
 
Laricaninin bildirib ki, cinayət işi 5600 dollardan çox maaşı olan 397 bank əməkdaşına qarşı açılıb.