İrana qarşı hərbi əməliyyat variantının istisna olunmadığını bildirib

Hillari Klintondan önəmli açıqlamalar Eastnews.org-un verdiyi xəbərə görə, Hillari Klinton lazım görülərsə İrana qarşı hərbi əməliyyat variantının istisna olunmadığını bildirib. Özünün İran ilə imzalanan nüvə sazişində mühüm rol oynadığını bildirən ABŞ prezidentliyinə namizəd Hillari Klinton "Mənim üçün Amerikanın təhlükəsizliyindən daha əhəmiyyətli heç bir şey yoxdur", deyib. "Mən İŞİD ilə mübarizə üsulu və regionda gücümüzü artırmağa yönəlmiş addımların nələr olduğunu və xüsusilə nüvə silahı arzusundan əl çəkməyən İrana qarşı ABŞ təhlükəsizliyinin necə təmin olunacağını yaxşı bilirəm", deyən Hillari Klinton ABŞ-da keçiriləcək seçkilərdən sonra ölkənin bütün strategiyasının da dəyişəcəyi siqnalını verib. Respublikaçıların dünyanı anlamaqda və idarə etməkdə qeyri-kafi qalacaqlarını bildirən Hillari Klinton keçmiş Amerika siyasətinin problemlərdən çəkinmə üzərində qurulmasına işarə edərək "Bu, siyasət ilə bərabər güclü büdcə tələb edir. Bunun ən yaxşı nümunəsi isə İran ilə aparılan nüvə müqaviləsidir", açıqlamasını verib.. Obama hökumətinin İran ilə həyata keçirdiyi nüvə sazişi zamanı Tehranın atom bombası istehsal etməyə çalışdığını bildirən Hillari Klinton "Bəziləri İrana qarşı hərbi variantın istifadə edilməsini istədi. Ancaq bu vəziyyət Yaxın Şərqdə bizi uzun sürən müharibəyə çəkərək ağır itkilər verməyimizə səbəb ola bilərdi", deyə qeyd edib. "Obama bu mənada orta yolu seçərək İrana qarşı tətbiq olunan sanksiyaların götürülməsi üçün İran ilə masaya oturma variantını istifadə etdi" deyən Hillari Klinton özünün bu sazişdə mühüm rolu olduğuna toxunub.