İran səfiri yayılan məlumatları təkzib etdi

İranın Rusiyadakı səfiri Mehdi Sənani, İranın müdafiə nazirinin Moskva səfəri zamanı "Su-30" qırıcılarının və "T-90" tanklarının alınmasının müzakirə olunacağı barədə KİV-lərdə gedən məlumatı təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Associated Press"də yer alıb.
İranın Moskvadakı səfiri Mehdi Sənani bildirib ki, İİR-nın müdafiə naziri Hüseyn Dehqan aprelin 26-27-də Moskvada keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək. İranlı nazirin bu konfransda Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə görüşü gözlənilir.