“İran regionda strateji maraqlarını təmin etməyə çalışır və buna nail olur”

Qabil Hüseynli: “Türk dünyası isə Kərkük uğrunda ciddi, praktiki bir mübarizə aparmır”
 
 
İraqın əksəriyyətini türkmənlərin təşkil etdiyi Kərkük şəhərinin peşmərgədən azad edilməsində İraq ordusu ilə yanaşı. İran qoşunlarının da iştirak etdiyi ilə bağlı informasiyalar dolaşmaqdadır. Maraqlıdır, əgər deyilənlər həqiqətdirsə, bu, İranın regiondakı nüfuzunun artmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli hələlik baş verənlər haqqında qəti fikir yürütməyin tez olduğunu vurğuladı:
“Baş verənlər haqqında birmənalı fikir bildirmək tezdir. İran Kərkükdə nizami qoşunların iştirakını iddia etmir. Qeyd olunur ki, bu döyülərdə şiələrdən ibarət Haşdi-Şabi dəstələri mübarizə aparıb. Onlar çox cəsarətlə döyüşüblər. General-qubernatorun sarayını tutublar. Bütün neftçıxartma və neftayırma ərazisini ələ keçiriblər. Peşmərgə isə ilk atəşdən sonra üzünü çevirib Ərbilə doğru qaçmağa başlayıb.
İranın hərəkətləri anlaşılandır. Iran regionda özünün strateji maraqlarını təmin etməyə çalışır və buna da nail olur. Türk dünyası isə Kərkük uğrunda ciddi, praktiki bir mübarizə aparmır. Hapur sərhəd keçid məntəqələri də İraq hökumətinə təhvil verilib.
Hazırda qarışıq hadisələr gedir. Əsas olan budur ki, Kürdüstanın müstəqilliyi ilə bağlı keçirilən referendum fiaskoya uğradı. Az qala Şimali Kürdüstanın 40%-ni təşkil edən Kərkük vilayəti tamamilə peşəmərgə və Bərzaninin işğalı altına düşəcəkdi.
Hesab edirəm ki, qardaş Türkiyə də bu istiqamətdə konkret addımlar atmalıdır. Çalışmaq lazımdır ki, Bərzaninin cəhdləri tam fiaskoya uğrasın”.

Загрузка...
Загрузка...