​İran prezidenti sanksiyaların uzadılmasına kəskin cavabla hədələyib

 
İran prezidenti Həsən Ruhani ABŞ Konqresinin keçən həftə ölkəyə qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verəndən sonra Birləşmiş Ştatlara “sərt cavab” veriləcəyi ilə hədələyib.
 
Ruhani deyib ki, ABŞ prezidenti Barak Obama sanksiyaları həyata keçirsə, bu, keçən il əldə edilmiş nüvə razılığının açıq şəkildə pozulması demək olacaq.
 
Obama İrana qarşı Sankiyalar Aktının qüvvəyə minməsi üçün yanvar ayında hakimiyyətdən gedənə qədər sənədə imza atmalıdır. Obama administrasiyası sanksiyaların nüvə razılığının pozulması olduğuna inanmadığını bildirib.
 
Kapitolidəki respublikaçı qanunvericilər belə görünür, Ruhaninin onların fəaliyyətilə bağlı narazılıqlarından nararahat deyil və onun hədələrini rədd edib.
 
Florida senatoru Marko Rubio Amerikanın Səsinə İranın reaksiyasına əhəmiyyət vermədiyini və “ölkənin dünyada terrorizmin əsas sponsoru olduğunu” bildirib.
 
İrana qarşı sanksiyaların tətbiq edilməsinə dair qanun layihəsi Konqres tərəfindən 1996-cı ilədə qəbul edilib və bundan sonra dəfələrlə dəyişdirilibg. Obama nüvə razılığının bir hissəsi olaraq sanksiyaları təxirə salıb, lakin sənədin qanunvericilik aktı kimi qalması növbəti prezidentə lazım hesab etdiyi təqdirdə sansksiyalardan istifadə etmək imkanı verir.
 
“Amerika bizim düşmənimizdir və bizdə buna heç bir şübhə yoxdur. Amerikalılar bizə bacardıqları qədər çox təzyiq göstərmək istəyir”,-deyə Ruhani bildirib.
 
Prezident seçilmiş Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə hakimiyyətə gəlsə nüvə razılığını pozacağını demişdi. Tramp nüvə razılığını tənqiq edərək, onu “ən pis razılıq” adlandırıb və onun yenidən nəzərdən keçirilməsinə söz verib.

Загрузка...
Загрузка...