​İran neft hasilatını azaltmayacaq - OPEC-in kritik yığıncağı

 
Neft hasilatının məhdudlaşdırılması ilə bağlı keçiriləcək toplantı ərəfəsində İran istehsalını azaltmayacağını bildirib. Səudiyyə Ərəbistanı isə Tehranın əldə ediləcək hər hansı bir razılaşmada “mənalı rol oynamasında” israr edir.
 
Çərşənbə günü Vyanada keçiriləcək həlledici görüş ərəfəsində nazirlər ortaya çıxan münaqişələri həll etməyə çalışırlar. İranın neft naziri Bijan Namdar Zanganeh Əlcəzair və Venesuela neft nazirləri ilə keçirdiyi görüşdən sonra ölkəsinin mövqeyini açıqalyıb .
 
OPEC-in səkkiz il ərzində ilk dəfə neft hasilatını azaltmaq adına təşkil etdiyi toplantı bu gün keçiriləcək. İran və qonşu İraqın vəziyyətə qarşı çıxması, mümkün bir razılaşma olacağı ehtimalını azaldır.
 
İndoneziyanın energetika naziri Ignasius Jonan Vyanada müxbirlərə verdiyi açıqlamada razılığa gəlinməsinin qeyri-müəyyən olduğunu deyib.
 
OPEC-in sentyabr ayında Əlcəzairdə təqdim etdiyi istehsalın oktyabr ayı səviyyəsindən gündəlik 1.2 milyon barrel aşağı salınması təklifi qəbul edilmişdi

Загрузка...
Загрузка...