İran mollası: "Hz. Mehdi türklərə qarşı döyüşəcək"

Həzrəti Mehdi Zühur edəndə Suriya və İraqda türklərə qarşı döyüşəcək.
 Axar.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Ameli Təbrizin Engeci məscidində çıxışı zamanı deyib.
 "Həzrəti Mehdi zühur edəndə Suriya və İraqda türklərə qarşı döyüşəcək", - Ameli bildirib.
 Türkiyənin İstanbul şəhərində baş tutan toplantını (İƏT) dolların və pulun yığıncağı adlandıran bu molla Güney Azərbaycan millətçilərini İsrail casusu adlandırmaqdan da çəkinməyib.