​İran misli görünməmiş raket axtarışında

 
Raketlərimiz üçün radarlara yaxalanmayan maddələr hazırlanmalıdır.
 
Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun II komandanı general Hüseyn Səlami İmam Hüseyn Universitetinin Xüsusi Maddələr və Nano Texnoloji Mərkəzində çıxışı zamanı deyib.
 
O, sözügedən mərkəzin müdafiə sistemlərində istifadə ediləcək maddələrin hazırlanması üçün yaradıldığını bildirib:
 
“Bizim radarlardan yayınan maddələrə ehtiyacımız var”