​İran milli valyutasını dəyişir - Dollara qarşı tədbir

 
İran hökuməti milli valyuta kimi yenidən tümənın seçilməsi təklifinə razılıq verib.
 
1932-ci ildən bəri İranın əsas valyutası kimi rial dövriyyədə idi. İran Parlamenti və Konstitusiysının Muhafizəkarlar Şurasının təsdiqindən sonra İran Mərkəzi Bankınin təklif etdiyi kimi ölkədə əsas valyuta kimi yenidən tümən istifadə olunacaq.
 
Noyabrın sonlarında Donald Trumpın prezident seçkilərində qələbəsi fonunda rekord vuran rial dollara qarşı möhkəmlənib və 37.470 rial olub. Lakin sonradan dollar yeniden yüksəliş nümayiş etdirib və 39.300 rial təşkil edib. Ekspertlər rialın bu qədər zəifləməsini dolların beynəlxalq valyuta bazarında möhkəmlənməsi ilə izah edirlər

Загрузка...
Загрузка...