İran 5 rayonun qaytarılmasını istəmir - Sensasion iddia

Ermənistan mətbuatı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dair sensasion iddia irəl sürüb
Politika.Az xəbər verir ki, Ermənistanın “Armtimes” nəşri iddia edir ki, İran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəflərinə təqdim etdiyi sülh planından çox narahatdır.
“Armtimes” bu barədə İranın diplomatik mənbələrindən məlumat əldə etdiyin diqqətə çatdırıb.
“Aprel döyüşlərindən sonra danışıqların bəzi aspektləri ictimaiyyətə bəlli olub. İran tərəfi Lavrovun planına əsasən Ermənistanın Qarabağ ətrafında yerləşən 5 rayonu Azərbaycana qaytarması variantından narahatdır.
İran tərəfi onun şimal sərhədləri yaxınlığında belə bir mövqe dəyişikliyinə qarşıdır və hər hansı formada danışıqlar prosesinə müdaxilə etməyə çalışır”.
Məlumatda, həmçinin İran prezidenti Həsən Ruhaninin avqust ayında Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni qaldıracağı bildirilir.