İran 130 milyardlıq neft sazişləri imzalayacaq

 
 
İran beynəlxalq neft şirkətləri ilə 130 milyard dollar dəyərində 11 saziş imzalamaq niyyətindədir.
 
Turaninfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Əmir Zamani Niyyə bildirib.
 
Nazir həmçinin qeyd edib ki, İran hazırda Fransanın “Total” neft şirkəti ilə “17-ci Faza” layihəsinin reallaşdırılmasına dair yekun sazişin imzalanması üçün danışıqlar aparır.
 
Bu sazişin dəyəri 4,7 mlrd. dollar təşkil edir.

Загрузка...
Загрузка...