İqtisadi böhran "The Independent" qəzetini də vurub

Maliyyə problemləri ilə üzləşən qəzet yalnız onlayn yayımlanacaq
Rusiyalı iş adamı Aleksandr Lebedeva məxsus Britaniyanın “The Independent” qəzetinin bu gün sonuncu dəfə kağız versiyası işıq üzü görüb.
“Turaninfo.az” xarici mətbuata istinadən bildirir ki, bundan sonra “The Independent”in yalnız onlayn versiyası mövcud olacaq. Qəzet 1995-ci ildən bu günə qədər ilk dəfədir ki, kağız versiyasını bağlayıb və tam internet rejiminə keçib. Bunun əsas səbəbi isə maliyyə çətinlikləri ilə bağlıdır.
Qəzet 1990-cı illərin əvvəlində də ciddi maliyyə problemləri ilə üzləşib. “The Independent”in tirajı 2009-cu ildə 184 min nüsxəyə qədər enib. A.Lebedev 2010-ci ildə nəşri nominal qiymətə - 1 funt sterlinqə alıb. Lakin qəzet yenə də populyarlığını itirməkdə davam edib. Ötən il isə onun gündəlik tirajı 58 min nüsxədən aşağı düşüb.
Bankirin “The Independent”in kağız versiyasının buraxılmasını dayandırmağı niyyətini bu ilin fevralın ortalarında məlum olub. Həmin vaxt bildirilib ki, Lebedev və onun oğlu qəzeti satmaq qərarına gəliblər.
Qeyd edək ki, “The Independent” gündəlik qəzeti 1986-cı ildə yaradılıb və 1990-cı ildə tirajı 400 min nüsxəyə çatıb.